Region
Petrosyandan tarixi etiraf: Xocalıda ruslarla ermənilər... - VİDEO
Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İlham Əliyevlə keçirdiyi debatda özünü gülünc vəziyyətə qoyaraq, Azərbaycanı Xocalı faciəsinin təşkilində ittiham etməsindən sonra erməni baş nazirin “faktlarına” qarşı faktlarla cavablar səsləndirilib.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, Paşinyanın ittihamlarına daha bir cavabı isə öz Yutub səhifəsində jurnalist Asəf Quliyev yerləşdirib. Jurnalistin öz arxivindən paylaşdığı videoda qondarma rejimin keçmiş səhra komandirlərindən olan Razmik Petrosyanın Xocalı ilə bağlı etirafları yer alıb.
Separatçıların keçmiş komandiri videoda Xocalı əməliyyatından bir gün öncəyə qədər Xocalı ətrafında özünün bölmələrinin növbə çəkdiyini bildirib. O, Xocalıda olanların əksəriyyətinin arxadan vurularaq öldürüldüyünü etiraf edib:
“Onları azərbaycanlıların öldürdüyünü demək doğru olmazdı. Onları arxadan vurmuşdular. Bu o deməkdir ki, ya kimsə bizdən idi, ya da...
Mən sizə deyim kim atəş açmışdı? Mən bilirəm. Bunu polkovnik mənə demişdi. Sovet İttifaqın xüsusi olaraq elə etməliydilər ki, azərbaycanlılar və ermənilər bir-birini gəmirsinlər. Bütün bunları onlar təşkil ediblər. Həbsxanadan quldurları azad etmişdilər ki, bunda iştirak etsinlər”.
Qeyd edək ki, Paşinyan Münhen Təhlükəsizlik Şurası çərçivəsində İlham Əliyevlə baş tutan debatından sonra Feysbukda paylaşım edərək, Xocalı soyqırımına görə məsuliyyəti yalnız 366-cı motoatıcı alay, yəni Rusiyanın üzərinə atmışdı. Bundan bir neçə dəqiqə sonra isə o paylaşımını düzəliş edərək, Rusiyaya qarşı ittihamlarını silmişdi.
Razmik Petrosyan 1940-cı ildə Gəncədə anadan olub. O, “Qarabağ”, Novorossiyskin “Sement” və İrəvanın “Ararat” futbol klublarında oynayıb. 1987-ci ildən Qarabağdakı separatçı rejimin əsas iştirakçılarından olub. Separatçıların yaratdığı “Krunk” cəmiyyətinin üzvü olan Petrosyan sonradan onun rəhbər vəzifələrində çalışıb. Ermənistanla birləşməyin tərəfdarı olan Petrosyan Qarabağda silahlı separatçı dəstələrin və müharibə üçün silah toplanılmasının ilk təşkilatçısı olub. 1990-cı ilin yanvarından aprelinə qədər məhz buna görə həbsdə yatan Petrosyan sonradan azad olunaraq Ermənistan Ali Sovetinə deputat seçilib. Bununla bərabər o, Qarabağdakı döyüşlərdə iştirak üçün “Razmik” batalyonu da yaradıb.
2000-ci illərin əvvəlində qondarma qurumun “polis rəisi” vəzifəsində çalışıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
