Region
Şəhid övladları naziri kövrəltdi - Türk millət vəkilindən ÖZƏL AÇIQLAMA
“Şəhid övladlarının “bizi bir daha atasız qoyma” mesajları mənə çox təsir etdi”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu “A Haber” proqramına özəl açıqlamasında deyib.

Ötən gecə istefa verməsi ilə bağlı danışan nazir bildirib ki, şəhid övladlarının ona yazdığı mesajlar qəlbinə toxunub: “Millətimizin yaxşı niyyətdən şübhə duymaması məni qürurlandırdı”.
Qeyd edək ki, Soylu ölkədə 2 gün küçəyə çıxma qadağasının sosial böhrana çevrilməsinə görə ötən gecə postundan istefa verdiyini açıqlamış, lakin Prezident Rəcəb Tayyib Ərdoğan onun istefa ərizəsini qəbul etməmişdi.

Ədalət və İnkişaf Partiyasının Ərzurum millət vəkili İbrahim Aydəmir mövzu ilə bağlı Publika.az-a açıqlamasında bildirib ki, Türkiyə bu istefanı heç elan edilməmiş qəbul edir: “Ədalət və İnkişaf Partiyasında cənab prezidentin qənaəti bütün müzakirələrə nöqtə qoyur. Bu dəfə də elə oldu. Cənab Soylunun məsuliyyəti üzərinə götürmək üçün verdiyi açıqlama prezidentin “davam” qərarı ilə bitib”.
Zümrüd
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

