Region
Onişenkodan səyahət xəbərdarlığı: “Türkiyəyə getməyin”
“Türkiyə hər kəsi həyəcanlandırır. Hazırda bu ölkəyə getmək rəsmi olaraq mümkündür. Amma qeyri-rəsmi olaraq bu, tövsiyə olunmur”.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Təhsil və Elm Komitəsinin sədr müavini Gennadi Onişenko deyib.
Rusiya vətəndaşlarına Türkiyəyə səyahətə getməyi tövsiyə etməyən millət vəkili bildirib ki, uçuş əlavə stress yaradacaq: “Ticarət və beynəlxalq əlaqələr üçün sərhədlər daha əvvəl açılmalı idi. Ruslar bu il pandemiya səbəbilə kifayət qədər stress keçirdi. Uçuşlar digər bir stress ünsürü olacaq. Deyək ki, yayın sonunda Türkiyəyə getdik. İsti sularda rahatladıq. Hər şey daxil sistemindən 200% istifadə etdik. Avqustun sonu və sentyabrın əvvəllərində evimizə qayıtdıq. Sentyabrın əvvəlində ölkəmiz o qədər isti olmur. Yəni özümüz üçün daha çox stress yaradacağıq. Buna görə də öz ölkəmizdə istirahət etməyə üstünlük verməliyik”.
Qeyd edək ki, Rusiya beynəlxalq uçuşları 27 martda dayandırıb. 1 avqust etibarilə Moskvadan İstanbul, Antalya və Bodruma yenidən uçuşlar təşkil olunacaq.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)





















.jpg)
.jpg)
