Region
Gərginliyin YENİ ÜNVANI: Qara dəniz – Rusiyadan SƏRT AÇIQLAMA
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu NATO-nun Qara dəniz və Baltikdəki fəaliyyətinə reaksiya verib.
Publika.az xəbər verir ki, Beynəlxalq Ordu Oyunları (Ordu-2020) Rusiyanın paytaxtı Moskvadakı Patriot Parkında təşkil edilən bağlanış mərasimi ilə tamamlanıb.
Mərasimdə Rusiya Müdafiə naziri Sergey Şoyqu çıxış edib və bir sıra vacib mesajlar verib.
Rusiyaya qarşı təhdidlərin olduğunu söyləyən Şoyqu, çıxışında NATO-dan bəhs edib: "Qara dəniz sahilində yerləşməyən ölkələr donanmalarını nədənsə Qara dənizə göndərirlər və dəniz qüvvələri bölgədə qalıcı hala gəlib. NATO soyuq müharibə dövründə olduğu kimi yenidən münaqişəyə qayıtmaq istəyir. Rusiya Federasiyası müstəqil bir siyasət izləyir, qlobal problemlərin həllində fəal iştirak edir və mübahisələrin həllində vasitəçi ölkədir”, - Şoyqu deyib.

NATO-nun Baltikyanı bölgədəki təsirindən danışan S.Şoyqu Şərqi Avropada yerləşdirilən NATO əsgərlərinin sayının 10 mini keçdiyini deyib: “NATO tərəfindən Polşaya əlavə ABŞ qüvvələrinin göndərilməsi planlaşdırılır. NATO mətbuat vasitəsi ilə Rusiyaya qarşı açıqlamalar verir. Rusiya bölgədəki bu təşkilatlar tərəfindən bir təhdid olaraq göstərilir. Bu mənada, qərb mediasında böyük bir anti-Rusiya təbliğatı başladılıb".
Akqabay
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur















.jpg)



















.jpg)
.jpg)

