Region
Türkiyəni diz çökdürə bilməyəcəklər - Ərdoğan
“İzmirdəki zəlzələ nəticəsinə indiyə qədər 58 nəfər həyatını itirib, 896 yaralımız var. Zəlzələdən zərər görən izmirli qardaşlarımızın yaralarına soyuq və yağışlar təsir etmədən müalicə və kömək etməkdə qərarlıyıq”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) 19 May Stadionunda təşkil edilən Samsun 7-ci Fövqəladə Konqresində danışarkən deyib.
Türkiyə prezidenti qeyd edib ki, qarşımızda son əsrin ən güclüləri var və güclərini zülmə, qan tökməyə, hiylə və təzyiqlə cəmiyyəti istismara borclu olan bu zalımlara artıq oyunun dəyişdiyini qəbul etdirmək asan deyil: “Keçmişdə uzun müddət ölkəmizi istədikləri kimi idarə etmək üçün istifadə etdikləri üsulları əllərindən aldıq. Bizim dövrümüzdə də eyni oyunları oynadılar, amma həmişə məyus oldular. Yardım istəyən hər kəsə əl uzatdıq, bu dünyada alan əl deyil, verən əl olmaq üçün var olduğumuzu isbat etdik. Türkiyəni ələ ala bilmədilər, terrorla diz çökdürə bilmədilər, təhdidlə, embarqolarla zəiflədə bilmədilər. Türkiyəni iqtisadiyyatla da diz çökdürə bilməyəcəklər. Apardığımız mücadilədə Türkiyə siyasi və iqtisadi olaraq ən nəhənglər sırasında yer alacaq”.
Akqabay
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...











.jpg)





















.jpg)


