Region
Türkiyə ABŞ-ı cavabsız qoymayacaq - Ərdoğanın partiyasından ŞOK XƏBƏRDARLIQ
Türkiyə Rusiyadan S-400 raket kompleksləri tədarük etdiyi üçün sanksiyalar tətbiq edən ABŞ-a cavabsız qalmayacaq.
Publika.az xəbər verir ki, bu barədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömer Çelik danışıb.
Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyini qorumaq üçün lazımi bütün addımları atacaq və hüdudlarını qorumağa davam edəcək. ABŞ-ın birtərəfli sanksiya qərarı ilə bağlı da Türkiyə öz tədbirlərini görəcək.

“ABŞ-ın ittifaq münasibəti ruhu və Türk-Amerika münasibətlərinin tarixi dərinliyi ilə əsla uyğunlaşmayan sanksiya qərarını rədd edirik. Bu qərarın heç bir hüquqi əsası yoxdur. Ədalətdən kənardır və müttəfiqlik münasibətləri baxımından tamamilə yanlışdır”, - Çelik tvitter hesabında qeyd edib.
O bildirib ki, Kilisə bombalar yağanda və NATO müttəfiqləri “Patriot”larını söküb aparanda milli təhlükəsizliyi qorumaq və hava hücumundan müdafiə ehtiyacını qarşılamaq üçün S-400 sistemini təmin edən Türkiyənin ən təbii haqqı budur: “Türkiyə öz sərhədlərini qoruyur və bu sərhədlər, eyni zamanda, Avropa İttifaqı və NATO-nundur. Türkiyə yoluna davam edəcək. Türkiyə qətiyyətlidir”.
Ö.Çelik sanksiyaya məruz qalan şəxs və qurumlara təşəkkür edib: “Onlar prezidentimizin liderliyində ölkəmizin güclənməsi üçün verilən əmrləri tək-tək yerinə yetirib və ölkəmizə xidmətə davam edəcəklər”.
Zümrüd
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

