Region
Erməni liderin qalmaqallı kitabı Təbrizdə nəşr olundu - VİDEO
İranda erməni “soyqırımı”nın saxta olduğunu sübut edən kitab nəşr edilib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Səccad Zeynallının tərcüməsində Ermənistanın ilk baş naziri Hovannes Kacaznuninin 1923-cü ildə hesabat xarakterli yazdığı “Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur” əsəri Təbrizdə işıq üzü görüb.
1918-1919-cu illərdə 13 ay müddətində Ermənistanın baş naziri olan H.Kacaznuni erməni silahlı qruplarının bir çox fəaliyyətinə yaxından şahid olub. Kitabın müəllifi I Dünya müharibəsi dövründə və sonrakı illərdə erməni siyasi və hərbi rəhbərliyi haqqında geniş bilgilərə malik olduğu üçün əsər günümüz baxımından da aktualdır.
Kitabda erməni silahlı birləşmələrinin yaranması ilə bağlı əsaslı tənqidlər yazılıb, 1915-ci ildə “erməni soyqırımı”nın törədilməsi inkar edilib. Ermənilərin türklərə müharibə elan etməsi və Osmanlı dövlətinin özünümüdafiə üçün müəyyən addımlar atması qeyd olunub.
Kacaznuniyə görə, I Dünya müharibəsi dövründə ermənilər Rusiyanın onlara müstəqil və ya muxtar dövlət verəcəyi vədinə aldanaraq Osmanlıya üsyan qaldırıb, özlərini Rusiyaya təslim ediblər.
Kitab “erməni soyqırımı” məsələsini aydınlaşdırmaqla bərabər dövrü tədqiq edən tarixçilər üçün qiymətli mənbədir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
