Region
Azərbaycan Rusiyadan 5-ci nəsil qırıcı ala bilər - Mixiyev detalları açdı
Rosoboronexport (Rusiya Müdafiə İxracatı Federal Dövlət Unitar Müəssisəsi) artıq 5-ci nəsil “Su-57E” qırıcılarının satışını konsaltinq və strateji tərəfdaşlara təklif etməyə hazırdır.
Publika.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Aleksandr Mixiyev bu barədə RİA “Novosti”yə açıqlamasında bildirib.
“Hazırda “Su-57E” çoxfunksiyalı beşinci nəsil qırıcılarının tədarükü ilə bağlı dünyanın ayrı-ayrı ölkələri ilə ilkin məsləhətləşmələr aparırıq. Rosoboronexport Rusiyanın strateji tərəfdaşlarının maraqlanacağı təqdirdə, “Su-57E” satmağa hazırdır”,- Mixiyev qeyd edib.
“Su-57” hər növ hava, yer və yerüstü hədəfləri məhv etmək üçün hazırlanmış Rusiyanın beşinci nəsil döyüş təyyarəsidir.
Mütəxəssislərin fikrincə, yüksək manevr xüsusiyyəti və səsdən sürətli uçuşu həyata keçirmə qabiliyyətilə yanaşı, müasir tipli gəmi avadanlığı kompleksi “Su-57”nin rəqiblərindən üstünlüyünü təmin edir.
Təyyarə ilk dəfə 2010-cu ildə havaya qalxıb. “Army-2019” forumunda Rusiya Aerokosmik Qüvvələri ilə birgə 76 “Su-57” təchizatı üçün müqavilə imzalanıb. Rus ordusu üçün ilk təyyarə 2020-ci ildə təhvil verilib.
Məlumat üçün bildirək ki, Azərbaycan Rusiyanın ən yaxın tərəfdaşlarından biridir və ölkəmizin silah ixracatında Rusiya liderdir.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)





















.jpg)
.jpg)
