Region
Rusiya səfirinin qatillərinə HÖKM OXUNDU
Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun 2016-cı ildə qətlə yetirilməsi barədə cinayət işi üzrə hökmünü açıqlayıb.
Publika.az "RİA Novosti"yə istinadla bildirir ki, 28 şübhəlidən beşi bəraət alıb. Doqquz nəfərə 5 ildən 15 ilədək həbs cəzası kəsilib. Daha beş nəfər ömürlük həbs cəzasına məhkum olunub. Doqquz nəfər isə hələ də axtarışdadır.
Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada açılmış "Rusiya Kalininqraddan Kamçatkayadək səyyahın gözü ilə" fotosərgisində qətlə yetirilmişdi. Türkiyə hökumətinin məlumatına görə, səfirə polis əməkdaşı Mevlüt Mert Altıntaş atəş açmışdı. Onu mühafizəçilər məhv etmişdilər.
Qətldə 28 nəfər, o cümlədən terrorçubaşı elan edilmiş Fətullah Gülən təqsirləndirilirdi. O isə bütün ittihamları rədd edir. Yekun hökmdə qeyd olunur ki, Karlovun qətli Türkiyə-Rusiya münasibətlərinə zərbə vurmaq məqsədi daşıyan təxribatdır.
Rusiyalı səfirin qətli barədə məhkəmə 2019-cu il yanvarın 8-də başlayıb. Türkiyə prokurorluğu 8 şübhəliyə - Şahin Sögüt, Ramazan Yücel, Ahmet Kılıçarslan, Salih Yılmaz, Hüseyn Kötüce, Vehbi Kürşat Akalın, Hayreddin Aydınbaş və Mustafa Timur Özkana - ömürlük həbs cəzası tələb edib.
Hasan Tunc, Ayşe Sögüt, Kaan Bülbül, Sercan Başar və Ufuk Gülə prokurorluq 15 il həbs cəzası, Doğukan Söyləməzin, Kadir Şamlının, Oğuzhan Öztürkün, Abdulsamet Kekeçin, Sefa Kurnazın və Bilal Dərəlinin isə bəraət almasını istəyib.
Axtarışda olan 9 nəfərin, o cümlədən F.Gülənin cinayət işinə isə prokurorluq ayrıca baxmağı xahiş edib.
Moskva Ankaranın bu qərarından məmnun qalıb. Rusiya XİN-dən verilən məlumata görə, Moskva Ankaranın Karlovun qətlini sifariş edənlər barədə tam məlumatı Rusiya tərəfinə ötürəcəyinə ümid edir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
