Region
Türkiyə ABŞ döyüş təyyarələrindən İMTİNA ETDİ - Dünyada BİR İLK
Türkiyənin Müdafiə sənayesi naziri İsmayıl Dəmir “TCG Anadolu”nun dünyada silahlı insansız hava aparatları (SİHA) ilə təchiz olunan ilk gəmi olacağını açıqlayıb.
Publika.az xəbər verir ki, “AV-8B Harrier” döyüş təyyarələrinin “TCG Anadolu”da yerləşdirilməyəcəyini ifadə edən nazir, bu gəminin hazırlanması zamanı çox təcrübə qazandıqlarını söyləyib.
İ.Dəmirin sözlərinə görə, “L-400”dən qazandıqları təcrübə ilə daha böyük bir təyyarə gəmisi hazırlamaq mümkün olacaq.

"Çox məqsədli “Amfibiya Hücum Gəmisi TCG Anadolu”'nu inventarımıza əlavə etdikdə, Türk Donanması daha da güclənəcək. Pandemiya mühiti layihəyə bir az təsir etdi, planlaşdırılan tarix 2022-ci ilin sonu idi. Lakin cənab Prezident bu tarixi gəmiqayırma zavodu ilə danışıqlar apararaq önə çəkdi. Pandemiyaya baxmayaraq, önə çəkilən tarix üçün işləri çatdırmağa çalışırıq. 2021-ci ilin sonuna qədər “TCG Anadolu”nu inventara daxil etməyə çalışacağıq. “Harriers” çox köhnə bir dizayndır və açığı, onunla maraqlanmırıq”, - türk nazir qeyd edib.
Akqabay
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
