Region
Əli Laricani prezidentliyə namizəd oldu: "Populist və şou məqsədli addımlarla..."
İran Parlamentinin keçmiş sədri Əli Laricani 18 iyun tarixində keçiriləcək 13-cü prezident seçkilərində namizəd olmaq üçün müraciət edib.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, Tehranda Daxili İşlər Nazirliyinin binasındakı seçki mərkəzində qeydiyyatdan keçən Laricani açıqlama verərək ölkənin problemlərinin populist və şou məqsədli addımlarla həll edilə bilməyəcəyini söyləyib.
Son bir həftədə namizəd olmağa qərar verdiyini və seçkilərə mühafizəkar və ya islahatçı qanadın dəstəyi ilə deyil, müstəqil olaraq qatılacağını söyləyən Laricani özünün quracağı hökumətin Prezident Həsən Ruhaninin davamı olmayacağını vurğulayıb.
Ölkə hakimiyyətinin ekstremistlərin və güzəştə gedənlərin əlinə keçməməsinin vacibliyini qeyd edən Laricani deyib:
"Beynəlxalq siyasət sahəsi emosional olaraq sərt şüarlarla sakitləşmir. Arzu edilən rəhbərlik daha az şüar və güclü hərəkətlərlə olar".
Laricani ilə yanaşı keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu Tahran Vilayət Məclisinin sədri Möhsin Haşimi və Təbriz millət vəkili Məsud Pizişkiyan da namizədlik üçün müraciət ediblər.
Hüseyn
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)





















.jpg)
.jpg)
