Region
Gizli savaş: İki ölkə HƏRƏKƏTƏ KEÇDİ – Rus kəşfiyyatından açıqlama
ABŞ-ın İT şirkəti “SolarWinds”-in proqram təminatının pozulmasının arxasında Amerika və Böyük Britaniyanın gizli xidmətləri dura bilər.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin BBC-yə verdiyi müsahibədə deyib.
“Bütün bunların müəllifinin kim ola biləcəyini gördük. Aparıcı texnologiya şirkətləri və internet provayderləri ilə gizli ortaqlıqlardan istifadə edərək ABŞ və Böyük Britaniyanın kəşfiyyat qurumları ticari şifrələmə proqramlarında gizli zəifliklər ortaya çıxarıblar”, - Narışkin bildirib.
Narışkin Moskvanın kiberhücumlarda, zəhərlənmələrdə, haker hücumlarında və seçkilərə müdaxilədə iştirak etmədiyini vurğulayıb.
Onun sözlərinə görə, bu cür ittihamlar gülünc görünür.
ABŞ Rusiya xarici kəşfiyyatını “SolarWinds”ə qarşı genişmiqyaslı kiber hücumlar təşkil etməkdə ittiham edib.
ABŞ Prezidenti Co Bayden aprelin 15-də dünyada sabitliyi pozan davranışlarına görə yeni anti-Rusiya sanksiyalarının tətbiqinə dair fərman imzalayıb.
2020-ci ilin əvvəlində ABŞ Xəzinə Departamenti və Milli Telekommunikasiya və İnformasiya İdarəsinin sistemləri sındırılıb, serverlərdən alınan məlumatlar oğurlanıb. Bu, Milli Təhlükəsizlik Departamenti, Səhiyyə Departamenti və Dövlət Departamentinə də təsir edib. Sözügedən dövlət qurumları “SolarWinds”in xidmətlərindən istifadə edir. Vaşinqton hadisədə rusiyalı hakerləri günahlandırıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
