Region
Lavrov Blinkenlə görüşünün təfərrüatlarını açıqladı
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə keçirdiyi görüşü konstruktiv adlandırıb.
Bu barədə TASS məlumat yayıb.
Rusiya və Amerika xarici siyasət idarələri başçılarının görüşü İslandiyanın paytaxtı Reykyavikdə olub və təxminən iki saat davam edib.
"Söhbət mənə konstruktiv göründü. Əvvəlki illərdə rəsmi Moskva ilə Vaşinqton arasında yaranmış qeyri-sağlam vəziyyətə üstün gəlməyin zəruriliyi barədə anlayış var", - Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı bildirib.
Onun sözlərinə görə, danışıqların gedişatında iki ölkəyə dair diplomatik məsələlər müzakirə edilib. Tərəflər həmçinin ölkələrin prezidentləri üçün xüsusi halda strateji sabitlik məsələləri üzrə təklifləri hazırlamağı razılaşdırıb.
Bundan başqa, Lavrov və Blinken bir sıra beynəlxalq məsələləri, o cümlədən İranın nüvə sazişi üzrə birgə fəaliyyəti və Əfqanıstan məsələsini müzakirə ediblər.
Rusiya xarici işlər naziri qeyd edib ki, amerikalı həmkarını rəsmi Moskvanın Vaşinqtonla səmimi və qarşılıqlı hörmətə əsaslanan dialoqa hazır olmasına əmin edib. (report)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
