Region
Çavuşoğludan Yunanıstana MESAJ: Bundan imtina edin!
Yunanıstanda rəsmi səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yunan mediasına açıqlama verib.
Publika.az xəbər verir ki, Yunanıstanın "To Vima" qəzetinə danışan M.Çavuşoğlu bildirib ki, həll gözləyən problemləri Avropa İttifaqı deyil, sadəcə Türkiyə və Yunanıstan çözə bilər.
"Ancaq Yunanıstan "Sevilla xəritəsi"ndən imtina etməlidir. Nə ABŞ, nə də Avropa İttifaqı bu xəritəni təsdiq edir. Türkiyənin sadəcə Egey və Aralıq dənizi sahillərilə məhdudlaşacağını düşünmənin Yunanıstan tərəfinin səhv bir hesablaması olduğunu təkrar etməliyəm", - Çavuşoğlu qeyd edib.
Türkiyə ilə Yunanıstan arasındakı mehriban qonşuluq münasibətlərinə hər zaman nikbin baxdığını qeyd edən türk nazir iki qonşu olaraq eyni coğrafiyada yaşamağa məhkum olduqlarını bildirib: "Buna görə də münasibətlərimizi münaqişə deyil, iş birliyi ilə müəyyənləşdirməliyik. Taleyimizi və irəliyə gedən yolumuzu təyin etmək bizim öz əlimizdədir. Yunanıstandakı təmaslar Prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstan Baş naziri Kiriakos Mitsotakis arasında NATO Zirvəsində keçiriləcək görüş üçün zəmin yaratmağa xidmət edəcək", - M.Çavuşoğlu vurğulayıb.
Kipr məsələsinə toxunan Türkiyə XİN rəhbəri ölkəsinin əsas məqsədinin adadakı iki dövlət arasında suveren bərabərlik və eyni beynəlxalq status əsasında əməkdaşlıq əlaqələri qurmaq olduğunu deyib: "Hamımız keçmişdəki uğursuzluqlardan dərs almalıyıq. BMT Təhlükəsizlik Şurasının keçmiş qətnamələrində israr etmək bizi yalnız qarmaqarışıq bir dairəyə sala bilər. Bu səbəbdən realist, konstruktiv və açıq düşüncəli bir yolla irəliləməliyik".
Akqabay
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



















.jpg)







.jpg)











