Region
SON DƏQİQƏ: Hulusi Akarın içində olduğu təyyarə QƏZA TƏHLÜKƏSİ ilə üzləşdi
Qaziantepdən havaya qalxan Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın olduğu təyyarənin şüşəsi quş zərbəsi nəticəsində çatlayıb.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, təyyarə təcili olaraq Adana 10. Tanker Bazası Komandanlığına eniş edib.
Qeyd edilib ki, təyyarədə Akarla bərabər Baş Qarargah rəisi general Yaşar Gülər və Quru Qoşunları komandanı general Ümit Dündar da olub.
Nazirlik rəsmiləri Suriyanın şimalındakı birliklərin idarə edildiyi sərhəd xəttindəki 2. Ordu İrəli Komandanlıq Postunda yoxlama apardıqdan sonra Qaziantepdən ayrılıblar.
Qaziantep Hava Limanında vali Davut Gül, İkinci Ordu Komandiri General Metin Gürak və digər səlahiyyətlilər tərəfindən yola salınan Akarla komandanları daşıyan Hava Qüvvələri Komandanlığının təyyarəsinin şüşəsi havaya qalxdıqdan bir müddət sonra quş zərbəsi nəticəsində çatlayıb.
Təyyarə Adana 10. Tanker Bazası Komandanlığına təcili eniş edib.
Hulusi Akar və komandanlarla bağlı heç bir xoşagəlməz vəziyyətin olmadığı vurğulanıb.
Hüseyn
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi





































.jpg)
