Region
FHN-çilərimiz Marmarisdə əzmlə çalışırlar
Türkiyədə meşə yanğınlarının söndürülməsi və qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrupun üzvləri Muğla vilayətinin Marmaris şəhərinin 11 kilometrliyində yerləşən böhran məntəqəsində alovla mübarizə aparırlar.
Publika.az xəbər verir ki, azərbaycanlı yanğınsöndürmə qrupu avqustun 1-də Bakı vaxtı ilə saat 10:00-da yerli qüvvələrlə birlikdə təyinat məntəqəsində işə başlayıb. Bu məntəqədə yanğınlar iyulun 28-də başlayıb.
FHN-in peşəkar və təcrübəli yanğınsöndürənlərindən ibarət 100 nəfərlik dəstənin üzvləri böhran məntəqəsində alovun yayılmasının qarşısının alınması və söndürülməsi üçün bütün imkanlardan istifadə edirlər.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb. İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur















.jpg)



















.jpg)
.jpg)

