Region
7 gündür yanğınlarla mübarizə aparan Türkiyədə SON VƏZİYYƏT - FOTO
7 gündür dəhşətli fəlakətlə mübarizə aparan Türkiyədə bu günə qədər baş verən yanğınların 141-i nəzarət altına alınıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 rayonda davam edən 9 yanğının söndürülməsi üçün müdaxilələr davam edir.
Bu ərazilərdə yanğınlar davam edir:
Antalya: Manavqat, Gündoğmuş
Muğla: Marmaris, Köyceğiz, Kavaklıdere
İsparta: Güney
Manavqat

Yanğının ilk başladığı Manavqat rayonunda müdaxilələr davam edir. Beydiğin məhəlləsində davam edən yanğın küləyin təsiri ilə Qızıldağa doğru irəliləyib. Məhəllənin boşaldılması üçün sakinlərə xəbərdarlıq edilib.
Gündoğmuş

Yanğınsöndürənlər Gündoğmuş rayonundakı meşə yanğınlarını gecə saatlarından etibarən söndürməyə çalışır.
Marmaris

Marmaris bölgəsindəki TOMA-lar (Sosial hadisələrə müdaxilə vasitəsi) da alovların üzərinə su səpərək söndürmə işlərinə qatılıb. Gökova körfəzinə çatan alova müdaxilə edilir.
Köyceğiz

Köyceğiz rayonunda 5 gündür davam edən yanğın Ağla istiqamətinə doğru irəliləyir. Yanğının tüstüsü Çameli rayonundan görünür. Fərqli nöqtələrdə zaman-zaman nəzarət altına alınan yanğın Ağla məhəlləsinə doğru irəliləyir.
Kavaklıdere

Kavaklıdere rayonunun Nebiköy ərazisində axşam saatlarında yanğın baş verib. Yanğına vətəndaşlar müdaxilə etdikdən sonra bölgəyə yanğınsöndürənlər və meşə qrupları göndərilib.
Sütçüler

Sütçüler səmtinin Yazılı Kanyon Milli Parkı ərazisində günorta saatlarında başlayan meşə yanğınının davam etdiyi bildirilib. 2 yanğınsöndürmə vertolyotu və 2 təyyarədən başqa, yanğınsöndürən maşınlar və yanğınsöndürmə tanklarından istifadə olunur.
Güney

Denizlinin Güney mahalının Türlübey kəndində başlayan meşə yanğını davam edir.

Aytən Məftun
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur















.jpg)



















.jpg)
.jpg)

