Region
Ərdoğan üç ölkə lideri ilə müzakirələr apardı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstan, İran və Toqo liderləri ilə telefon danışıqları aparıb.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd edilir ki, Ərdoğan iranlı həmkarı ilə söhbətin gedişatında İbrahim Raisini vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.
Tərəflər Türkiyə-İran münasibətləri və regiondakı vəziyyət müzakirə ediblər.
Ərdoğan Raisinin prezidentliyi dövründə rəsmi Ankara və Tehran arasındakı ikitərəfli əlaqələrin və regional əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyi ifadə edib.
Türkiyənin dövlət başçısı qeyd edib ki, yüksək səviyyəli Əməkdaşlıq Şurasının fəaliyyəti Türkiyə-İran iki ölkənin strateji əməkdaşlığı nöqteyi-nəzərindən mühüm rol oynayır.
Türkiyə prezidenti Əfqanıstanın dövlət başçısı Əşrəf Qani ilə telefon danışığında ikitərəfli əlaqələri və regional problemləri müzakirə edib.
Türkiyə lideri həmkarını əmin edib ki, rəsmi Ankara bundan sonra da sülhə, sabitliyə ən qısa zamanda nail olunmasında qardaş və dost Əfqanıstan xalqına kömək edəcək.
Dövlət başçısı Türkiyədəki meşə yanğınları ilə əlaqədar başsağlığına və şəfqət sözlərinə görə həmsöhbətinə təşəkkür edib.
Rəcəb Tayyib Ərdoğan Toqo prezidenti For Essozimna Qnassinqbe ilə danışıqların gedişatında ikitərəfli əlaqələrin inkişafının perspektivləri müzakirə edib.
Ərdoğan qeyd edib ki, Türkiyə ilə Toqo arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq ikitərəfli əlaqələrin inkişafına verəcək.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)






.jpg)


