Region
İranda xəstəxanalarda çarpayı çatışmazlığı yarandı - SƏBƏB
İranda koronavirus infeksiyasının sürətlə yayılması xəstəxanalarda çarpayı çatışmazlığı yaradıb.
Publika.az İranın Səhiyyə Nazirliyinin verdiyi məlumata istinadla xəbər verir ki, son 24 saat ərzində ölkədə 50 min 228 nəfər virusa yoluxub. Onlardan yalnız 5163 nəfərini xəstəxanalara yerləşdirmək mümkün olub. Sutka ərzində virusa yoluxan 625 nəfər vəfat edib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 4 milyon 517 min 243 nəfərə, ölənlərin sayı isə 99 min 108-ə çatıb.
Koronavirusa ilk yoluxma halının qeydə alındığı gündən indiyədək müalicə alan 3 milyon 786 min 488 nəfər sağalaraq evə buraxılıb. Xəstəxanalarda müalicə alan 7 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.
Nazirliyin açıqlamasında, həmçinin bildirilib ki, İranda 15 milyon 776 min 564 nəfərə birinci doza, 4 milyon 714 min 701 nəfərə isə ikinci doza peyvənd vurulub.
Hazırda İran ilə Rusiya arasında peyvənd alınmasına dair danışıqlar davam edir.
-
Sosial07:55Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək - Video
-
ABŞ05:15ABŞ Yaxın Şərqdəki təyyarədaşıyan gəmisini geri çağırır - Nə baş verir?
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik











.jpg)


.png)





















