Region
Lavrovun GİZLİ EŞQİ üzə çıxdı: Əvvəllər də Putinlə... - ŞOK DETALLAR
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun gizli sevgilisi Svetlana Polyakova ilə şəxsi həyatı, səyahətləri və Polyakovanın qazandığı siyasi güc rus müxalifətinin lideri Aleksey Navalni komandasının dərc etdiyi hesabata daxil edilib.
Publika.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putininlə uzun illərdir çiyin-çiyinə çalışan 71 yaşlı Lavrovun sevgilisinin lüks həyatını maliyyələşdirdiyi və onu 60-dan çox diplomatik missiyaya apardığı iddia edilir.
Rusiya müxalifətinin lideri Navalnının komandasının yaydığı hesabata görə, aktrisa və restoran idarəçisi Svetlana Polyakova 2014-cü ildən Rusiya Xarici İşlər Nazirliyində çalışır. Polyakovanın evli və bir qız atası olan Lavrovla yaxın və uzun müddətlik əlaqəsinin olduğu bildirilir.

S.Lavrov Svetlana Polyakova ilə...
Həmçinin qeyd olunur ki, Svetlana Polyakova Lavrovla birlikdə Fransa, İtaliya, İsveçrə, Yaponiya, Sinqapur, Portuqaliya və Yunanıstan da daxil olmaqla bir çox ölkəyə səyahət edib. Onların Rusiya Xarici İşlər Nazirliyinin təyyarəsini xüsusilə də son bir həftədə tez-tez istifadə etdikləri üzə çıxıb.
Lavrov və Polyakovanın tətillərini lüks evlərdə və yaxtalarda keçirdikləri qeyd edilən hesabata görə, Putinə yaxın oliqarxlardan olan Oleq Deripaskanın gəmisində baş tutan gəzintilərdə bəzən Polyakovanın anası, qızları və qardaşı oğlanlarının da olduğu bildirilib.

Sergey Lavrov, həyat yoldaşı və qızı...
Hesabatda Lavrovun sevgilisi Svetlana Polyakovanın Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsində olduğu və hətta zaman-zaman Putinlə görüşdüyü, dostlarını və ailəsini Xarici İşlər Nazirliyində rəhbər vəzifələrdə çalışdırdığı bildirilib. Bəzi şəxslər onun əlaqə məlumatlarını "Svetlana Lavrova" olaraq qeyd edib, bəzi hökumət rəsmiləri isə onun həqiqətən Lavrovun həyat yoldaşı olduğuna inanırlar. Polyakovanın Xarici İşlər Nazirliyi üzərində ciddi təsirə malik olduğu və onunla razılaşmayan əməkdaşları nazirlikdən uzaqlaşdırdığı da iddia edilir.
Svetlana Polyakovanın çox zəngin olduğu, Rusiya və İngiltərədə 13,6 milyard dollarlıq ailə mülkünə sahib olduğu da iddia edilir. Hesabatda Polyakovanın 274 758 dollarlıq "Mercedes" və 545 min dollardan çox dəyəri olan lüks avtomobillərə sahib olduğu da irəli sürülüb. Sözügedən hesabatın seçkilərdən əvvəl - yəni Rusiyanın seçkilərə getdiyi vaxt yayımlanması diqqət çəkir.
Akqabay
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


