Region
SON DƏQİQƏ: Türkiyədə İranın casus şəbəkəsi ƏLƏ KEÇİRİLDİ - VİDEO
Vanda yaşayan keçmiş iranlı hərbçi M.A-nı ölkələrinə qaçırmaq üçün göndərilən 2-si İran casusu olmaqla, 8 nəfər 24 sentyabr tarixində keçirilən əməliyyat zamanı yaxalanıblar.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxslər Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Qüvvələrinin (Emniyet) birgə keçirdiyi əməliyyat zamanı cinayət başında saxlanılıblar.
Qeyd edilib ki, İran kəşfiyyatçıları M.A-nın qaçırılması üçün 30 min dollarlıq büdcə ilə Vanda casus şəbəkəsi yaratmaq istəyiblər.
Məlumata görə, iranlı kəşfiyyatçıların təlimatı ilə M.A-nın həyat yoldaşı M.E-yə qaçırılma əməliyyatına yardım etməsi qarşılığında 10 min dollar təklif edilib. Ona deyilib ki, təklifi qəbul etmədiyi halda İranda yaşayan ailəsinə zərər vurulacaq.
Sentyabrın 24-də, saat 21:00 radələrində hərbçini qaçırmaq üçün iqamətgaha girməyə çalışan İran vətəndaşı S.S və Türkiyə vətəndaşı M.E.A saxlanılıb.
Davam edən əməliyyatla 6 Türkiyə vətəndaşından formalaşan digər şəbəkə üzvləri də ələ keçiriliblər.
Hüseyn
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi

















.jpg)


















.jpg)
.jpg)
