Region
Ərini bizə sat, 10 min dollar al... - İranlı kəşfiyyatçıların Türkiyə macərası
Türkiyənin Van şəhərində iranlı keçmiş hərbçini ölkələrinə qaçırmaq istəyən 2-si İran kəşfiyyatının agenti olmaqla 8 nəfərin həbs olunduğu əməliyyatın detalları bəlli olub.
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran agentlərinin ələ keçirildiyi əməliyyat Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) 8 aylıq texniki və fiziki izləmə prosesi nəticəsində baş tutub.
Təqib edilən İran agentlərinin keçmiş hərbçinin arvadına ərini qaçırmağa yardım etməsi qarşılığında 10 min dollar pul təklif etdikləri, qəbul etməməsi halında İrandakı qohumlarına zərər verəcəkləri ilə qorxutduqları bəlli olub.
İran İnqilab Keşikçiləri Korpusunda (SEPAH) vertolyot pilotu işləyən mayor M.A (ad, soyad şərtidir:red) 2018 -ci ildə həyat yoldaşı ilə birlikdə ölkəsini tərk edərək Türkiyədən sığınacaq istəyib. Sığınacaq müraciəti qəbul edilən M.A. və həyat yoldaşı Van şəhərinin mərkəzində bir ünvanda yaşayıblar. Türkiyə kəşfiyyatı MA -nın İran tərəfindən qaçırılması ehtimalı səbəbindən onu təqib edib.
Araşdırma zamanı İran Kəşfiyyat agentlərinin M.A -nın qaçırılmasını təşkil etmək üçün Vandakı 6 iş ortağı ilə əlaqə saxladığı müəyyən edilib. Vanda bu iş üçün 30 min dollar büdcəsi olan bir şəbəkə yaratmaq cəhdinin olduğu müəyyən edilib.
6 nəfərlik dəstə qaçırma yerini və vaxtını təyin etdikdən sonra İran agentlərini Türkiyəyə çağırıblar. İran kəşfiyyat xidmətinin 24 sentyabrda 2 agentini Vana göndərdiyini müəyyən edən Türkiyə kəşfiyyatı, bu agentləri kölgələri kimi təqib etməyə başlayıb. İrandan quru yolu ilə Vana girən agentlərin iranlı keçmiş hərbçini həmin yolla qaçıraraq aparmaq istədikləri müəyyən edilib.
2021-ci ilin sentyabrın 24 -ü saat 21:00 radələrində 2 İran agenti keçmiş iranlı hərbçinin evinə gəliblər. Mənzilə girən agentlər iranlı hərbçini taksiyə məcbur ediblər. Nəqliyyat vasitəsi hərəkət edər- etməz Türkiyə kəşfiyyatının əməliyyat qrupu İran agentlərini yaxalayaraq, M.A -nı xilas ediblər. Eyni zamanda şəbəkə üzvlərinə qarşı əməliyyat keçirilib və 6 şübhəli saxlanılıb. 2 İran agentinin üzərində yaddaş kartları, GSM kartları və silah tapılıb. Rəqəmsal materiallar kiber şöbə və kriminal əməkdaşları tərəfindən nəzərdən keçirilir.
2 -si İran agenti olmaqla 8 nəfər məhkəməyə çıxarılaraq "cinayət törətmək məqsədi ilə bir qrup qurmaq" və "qadağan edilən məxfi məlumatları yaymaq" ittihamı ilə tutularaq həbsxanaya göndərilib.
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ4 Noyabr 19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 4 Noyabr 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI





































