Region
Bennett və Putinin 5 saatlıq görüşü: İran gizli saxlanıldı
Rusiya Prezidenti Vladimir Putinlə İsrail Baş naziri Naftali Bennett arasında Soçidə baş tutan və 5 saat davam edən görüşün detalları bəlli olub.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, İsrail nümayəndə heyətinin üzvü, tikinti naziri Zeyev Elkin görüşdə Suriyadakı qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə razılığa gəlindiyini bildirib.
“Liderlər həmçinin əvvəlki əlaqələr modelinin davam etdirilməsi və yeni səviyyəyə qaldırılması barədə razılaşdılar”, - Elin deyib.
Tərəflər arasında “dekonflikt” mexanizmi 2015-ci ildən fəaliyyətdədir. Onun əsasını Rusiyanın “Hmeymim” bazası ilə İsrailin Təl-Əvivdəki “Kiriya” bazası arasında operativ əlaqə təşkil edir. Bu əlaqə hər iki tərəfi arzulanmaz situasiyalardan qoruyur. Mexanizmin işləməsi zərirəti xüsusilə İsrail qırıcılarının Rusiyanın İl-20 kəşfiyyat təyyarəsinin ərazidə olan vaxt Suriyaya hücumu və Suriya HHQ-nin səhvən İl-20-ni vurmasından sonra bir daha aktuallaşıb.
Görüşdə iki işçi qrupun yaradılmasına qərar verilib. Birinci qrup hələ də tanınmayan “Sputnik V” vaksini ilə peyvəndlənmiş turistlərin İsrailə səfərinin mümkünlüyü ilə bağlı çalışacaq. İkinci qrup barədə açıqlama verilməyib.
Bennett isə Tvitter səhifəsində Putinlə uzun-uzadı, 5 saat davam edən müzakirəsini xüsusi vurğulayıb və “olduqca gözəl” keçdiyini yazıb. O, “islam fundamentalizmi ilə mübarizə” istiqamətində razılaşmalar olduğunu bildirib.
Maraqlıdır ki, liderlərin əsas müzakirə mövzusunun İranın nüvə fəaliyyəti ilə bağlı olduğu bildirilsə də, bu barədə nə Bennett, nə Elkin, nə də digərləri toxunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
