Region
TARİXİ ZƏNG: Baş nazir Ərdoğana TƏŞƏKKÜR ETDİ
İsrailin Baş naziri Naftali Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək dövlət başçısının iqamətgahının fotosunu çəkərkən həbs edilən həmvətənlərinin qaytarılmasına görə təşəkkürünü bildirib.
Publika.az xəbər verir ki, məlumatı hökumət başçısının dəftərxanası yayıb.
İsrail KİV məlumat yaymışdı ki, bu günlərdə iki israilli (ər-arvad) Ərdoğanın iqamətgahının fotosunu çəkərək Whatsapp-da qohumlarının qrupunu göndərib, "Nə gözəl evdir" yazıb. Cümə axşamı onların azad edildiyi və İsrailə, evlərinə göndərildikləri barədə xəbər verilib.
"Baş nazir Naftali Bennetlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı baş tutub. Bennet Prezident Ərdoğana Natali və Mordi Okninin İsrailə qaytarılmasında göstərdiyi köməyə görə təşəkkürünü bildirib", - qurumun məlumatında deyilir.
Qeyd olunur ki, bu, son səkkiz il ərzində İsrail Baş naziri ilə Türkiyə Prezidenti arasında ilk bağlantıdır. Baş nazir həmçinin Türkiyə tərəfinə bütün səviyyələrdə fəaliyyətinə görə təşəkkürünü bildirib, qeyd edib ki, söhbət humanitar məsələdən gedirdi. O, böhranlı vəziyyətdə effektiv və hiss edilmədən işə düşən kommunikasiya kanallarının fəaliyyətini müsbət qiymətləndirib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
