Region
Türk dünyası xəritəsinə Lavrovdan İKİLİ CAVAB
Düzünü desəm, soydaşlarla əlaqə saxlamaqda utancverici heç nə görmürəm. Bizim də soydaşlarımızın və həmvətənlərimizin belə bir sahəsi var. Biz də dünya xəritəsini müəyyən rənglərlə rəngləyə, ona fərqli bir ton verə bilərik. Birincisi bu, bütün postsovet məkanı ola bilər. SSRİ xalqlarını təmsil edən çoxlu sayda həmvətənimiz var - Almaniyada, digər Avropa ölkələrində, İsraildə, ABŞ-da, Latın Amerikasında, Argentinada...
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov MHP lideri Dövlət Baxçalının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi türk dünyasının xəritəsində Rusiya ərazisinin göstərilməsi barədə suala cavabında deyib.
“Bizim türk ortaqlarımız əvvəlcə türk ölkələrinin əməkdaşlığını, indi isə təşkilatını yaratdılar. Biz buna çox yaxşı yanaşırıq. Əgər söhbət mədəni təşkilatçılıqdan, dil birliyinə dəstəkdən, humanitar yardımdan, təhsil əməkdaşlığından gedirsə, burda pis heç nə görmürəm. Biz də gərək bu istiqamətdə, humanitar yönümlü aktiv işlər görək. Amma söhbət bəzi təsdiq olunmamış, lakin danışılan hərbi birliklərin yaradılmasından gedirsə, bu, işlərin xeyrinə olmayacaq. Bu nə Türkiyənin, nə də təşkilata üzv olan türkdilli ölkələrin xeyrinə olacaq. Prezidentlər bu barədə zəngləşəcək. Mən də sabah Stokholmda keçiriləcək ATƏT-in sammitində həmkarım Mövlud Çavuşoğlu ilə bu sualları açıq şəkildə müzakirə edəcəm”, - deyə rusiyalı diplomat bildirib.
S.Lavrov qeyd edib ki, dürüst şəkildə problemi bildirib aydınlıq gətirmək lazımdır:
“Maraq balanslarını qorumaq üçün müzakirə edib aydınlıq gətirməliyik”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

