Region
Bu, terror aktıdır və 70-ci illərdə ermənilər... - Çavuşoğlu
“Rusiyanın Ankaradakı səfiri Andrey Karlova sui-qəsdin təşkilatçılarının qurduğu tələyə Rusiya və Türkiyə düşməyib, iki ölkə arasında münasibətləri də pozmaq mümkün olmayıb”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir Ankara ilə Moskva arasında dostluğu pozmaq cəhdinin uğursuz olduğunu bildirib: “Səfir Andrey Karlovun məkrli sui-qəsd nəticəsində ölümündən 5 il ötür. Karlova hücum Türkiyə-Rusiya dostluğuna hücum idi. Lakin Türkiyə və Rusiya bu tələyə düşmədi. Ona görə də türk-rus dostluğuna xələl gətirmək istəyən həmin şəxslər xəyal qırıqlığına uğradı”.
M.Çavuşoğlu Rusiya diplomatının qətlini terror aktı adlandırıb və 1970-ci illərdə bir çox türk diplomatlarının erməni terror təşkilatlarının qurbanına çevrildiyi faciəli hadisələri xatırladıb:
“Terrorun irqi, dini, dili yoxdur. Türkiyə bu acını çox yaxşı başa düşür, çünki yaxın keçmişdə çox sayda diplomatımızı (1970-80-ci illərdə erməni terror təşkilatı ASALA tərəfindən öldürülmüş - red.) itirmişik”.
Xatırladaq ki, Andrey Karlov 2016-cı ilin dekabrın 19-da Ankarada Müasir İncəsənət Mərkəzində sərginin açılışı zamanı edilən hücumda öldürülüb. Elə həmin il Rusiya Prezidenti Vladimir Putin Karlovu ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görüb.
Akqabay
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
