Region
Qaraqalpaqıstan: iğtişaşlarda ölən və yaralananların sayı - Dəhşətli rəqəmlər
İyulun 1-2-də Qaraqalpaqıstan Respublikasında baş verən hadisələr zamanı 18 dinc sakin həlak olub, 245 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Publika.az xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Özbəkistan Baş Prokurorluğunun idarə prokuroru Abror Mamatov məlumat verib.
A.Mamatovun sözlərinə görə, Qaraqalpaqıstanda baş vermiş hadisələrlə bağlı cinayət işi Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın əməkdaşlarının daxil olduğu istintaq-əməliyyat qrupu tərəfindən aparılır. Onların fəaliyyəti ayrıca idarələrarası qərargah tərəfindən əlaqələndirilir.
İstintaqın məlumatına görə, iyulun 1-də Nukusda bir qrup şəxs konstitusiya islahatına qarşı sonradan kütləvi iğtişaşlara çevrilən icazəsiz etiraz aksiyası keçirib. Aksiyanın təşəbbüskarı jurnalist və bloqqer Dauletmurat Tadjimuratov olub, o, sosial şəbəkələrdə Jokarqı Keneş binası qarşısında mitinq keçirməyə çağıran videomüraciət yayıb.
Bloqqer icazəsiz mitinqə çağırdığı üçün Daxili İşlər Nazirliyinin Nukus şöbəsinə aparılıb. Onun tərəfdarları Tacimuratovun azad edilməsi tələbi ilə mərkəzi fermer bazarı yaxınlığında etiraz aksiyası keçiriblər. Bloqqer azad edildikdən sonra iğtişaşlar davam edib.
Ertəsi gün naməlum şəxslər Nukusdakı nəzarət-buraxılış məntəqəsinə, Xocalı rayonundakı hərbi posta və beynəlxalq hava limanına hücum ediblər. Şəhərin müxtəlif yerlərində iki yük maşını yandırılıb. Şəhər idman kompleksinin yaxınlığındakı “Dostluq” kanalı üzərindən keçən körpü, şəhərdəki tikililər və yol tıxacları zədələnib.
“Kütləvi iğtişaşlar nəticəsində 245 nəfər, o cümlədən 38 hüquq-mühafizə orqanı əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 18 vətəndaş aldığı ağır bədən xəsarətləri nəticəsində həlak olub”, - Baş Prokurorluqdan bildirilib.
Səxavət
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
