Region
İranda xaos dövrü başlanır: böyük toqquşmalar olacaq
İranı siyasi və iqtisadi baxımdan çətin günlər gözləyir. İsfahan Universitetinin professoru, iqtisadçı Möhsün Rənaninin “Didban İran” portalına açıqlaması bu perspektivdən xəbər verir.
Publika.az xəbər verir ki, iqtisadçı professor İranda növbəti inqilab ehtimalını zəif qiymətləndirir. Lakin o, iqtisadi böhrana görə böyük iğtişaşların olacağını proqnozlaşdırır.
M.Rənani əmindir ki, İranda etirazlar davam edərsə, bu, ölkə üçün nüvə bombasından daha təhlükəli olacaq.
“İran İnterational” saytının məlumatına görə, hazırda inflyasiyanın sürətlə artması əhalinin böyük əksəriyyətini yoxsullaşdırıb. Bir çoxu bunu beynəlxalq sanksiyalara səbəb olan nüvə proqramı ilə əlaqələndirirlər.
M.Rənani qeyd edir ki, ölkədə nüvə proqramı və sanksiyalarla bağlı fikir ayrılığı var.
“Fikir ayrılığına görə məmurlar özlərinə inamı itirir və problemləri həll etmək üçün çox vaxt tələsik qərarlar verirlər. İndiyə qədər baş verən böhranlı hallar İran elitasının xalqla dialoq qura bilməməsinin nəticəsidir. Hazırda İran eyni vaxtda müxtəlif böhranların yaşandığı mərhələdədir. Belə bir vəziyyətdə elita yanlış siyasət və sosial-iqtisadi qərarlar bataqlığında boğulur. Hakimiyyətin edə biləcəyi yeganə şey iğtişaşları yatırmaqdır”, - iranlı professor hesab edir.
İranda ərzaq subsidiyalarının ləğvi və əsas məhsulların qiymətlərinin artırılması etirazlara səbəb olub. Mayın əvvəlindən başlanan etirazlar hökumətin vədləri ilə bir qədər səngisə də, vədlərin yerinə yetirilməməsi prosesin yenidən alovlanmasına zəmin yaradıb.
Asif
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
















.jpg)


















.jpg)


