Region
Türkiyə ilə Vyetnam aviaşirkətləri arasında əməkdaşlıq başladı
Türkiyə Hava Yolları (THY) ilə Vyetnam aviaşirkəti arasında əməkdaşlığın gücləndirilməsi barədə anlaşma memorandumu imzalanıb.
Publika.az xəbər verir ki, bu barədə THY Mətbuat Xidmətindən məlumat yayılıb.
Bildirilib ki THY ilə Vyetnam aviaşirkəti arasında iyulun 18-də İngiltərədə başlayan Farnborouq Aviasiya Sərgisində ikitərəfli əlaqələrin gücləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
Açıqlamada qeyd edilib ki, imzalanan razılaşma ölkələr arasında müvafiq əlaqələrin yaranmasına töhfə verəcək. Eyni zamanda, Vyetnam, Türkiyə, Avropa və Yaxın Şərq regionları arasında iqtisadi, mədəni və sosial əlaqələri irəli pillələrə daşıyacaq.
Müqaviləyə əsasən, iki ölkənin aviaşirkətləri Hanoi-Ho Chi Minh City - İstanbul arasındakı reyslərdə "codeshare" tərəfdaşlığına dair lazımlı addımları ataraq sərnişin və yük nəqliyyatı sahəsindəki mövcud əməkdaşlığı genişləndirəcəklər.
Beləcə, sərnişinlər hər iki Hava Yollarının şəbəkələrində yeni alternativ imkanlara sahib olacaqlar.
Bundan əlavə, 2023-cü ildə qüvvəyə minməsi gözlənilən "codeshare" tərəfdaşlığının yük daşımaları sahəsində daha çox əməkdaşlıq imkanları yaradılması gözlənilir.
Tural Turan
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
