Region
Tofiq Zülfüqarov: “Armen Qriqoryanın açıqlaması göstərir ki...”
Armen Qriqoryanın açıqlaması göstərir ki, Ermənistan tərəfi Azərbaycanın etdiyi xəbərdarlıqları ciddi qəbul edir və Qarabağda yerləşən hərbçiləri rəsmi olaraq çıxaracaqlar. Ancaq hesab edirəm ki, onlar qeyri-rəsmi bunu artıq çoxdan tətbiq edirlər.
Bunu Publika.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
O qeyd edib ki, könüllülər gedib dırnaqarası qurumun ordusunda xidmət edirlər: “Problem ondadır ki, onların əhalisinin sayının ciddi şəkildə azalması nəticəsində bundan əvvəl də şikayət edirdilər. Deyirdilər ki, orada postlarda durmağa bizim hərbçilər çatışmır. İndi istisna etmirəm ki, sadəcə “kepka” dəyişdirəcəklər. Yəni, başqa formada orada qalmağa çalışacaqlar. Ancaq Qriqoryanın deməsinin digər məntiqinin davamı ondan ibarət olmalıdır ki, yaxşı, orada sülhməramlılar varsa, digər ordunun olması kimə lazımdır?! Qeyri-konstutision birləşmələr birmənalı tərksilah olunmalıdır. Tərksilah olunma Azərbaycan dövlətinə reinteqrasiya prosesinin ilk şərtidir. Paralel olaraq orada Azərbaycan konstitusiyasına zidd qurumların qalması mümkün deyil. Hesab edirəm ki, ikinci mərhələdə buna aid də xəbərdarlıq alınandan sonra o proses də başlamalıdır”.
Tofiq Zülfüqarov hesab edir ki, bu prosesə nəzarət etmək üçün mütləq Laçında Azərbaycan sərhədlərinə daxil olma haqqında qanunun tələblərini tam icra etməlidirlər. Sərhəd qoşunları və gömrük xidməti tam həcmdə öz işlərini yerinə yetirməlidirlər. Ərazilərimizə hansısa formada erməni hərbçilərinin daxil olmasının qarşısı alınmalıdır”.
Sabiq xarici işlər naziri hesab edir ki, hazırda müşahidə etdiyimiz hələlik prosesin əvvəlidir: “Burada nə isə tamamlanmır. Bu prosesin əvvəlidir. Hiss olunur ki, onlar Azərbaycanın yeni hərbi əməliyyatların ola biləcəyinə dair xəbərdarlığını çox ciddi qəbul ediblər. Bu, Azərbaycanın qırmızı xəttidir. Bununla bağlı bir neçə gün öncə Tbilisidə xarici işlər nazirlərinin görüşü olub. Yəni, bu bir növ xəbərdarlıq kimi qiymətləndirilə bilər. Görünür ki, onlar bu xəbərdarlığı ciddi şəkildə qəbul ediblər”.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə açıqlamasında Qarabağdan Ermənistan silahlı qüvvələrinin çıxarılması prosesinin yekunlaşmaq üzrə olduğunu bildirib.
Səxavət Həmid
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)