Region
Putin Yevkurovun qardaşı oğluna Rusiya Qəhrəmanı adı verdi
Ukraynada həlak olan Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun qardaşı oğlu Adam Xamxoyev Rusiya Qəhrəmanı adına layiq görülüb.
Publika.az xəbər verir ki, bu barədə İnquşetiyanın rəhbəri Mahmud-Əli Kalimatov məlumat verib.
Prezidentin bu adın verilməsi ilə bağlı sərəncamı hələlik hüquqi informasiya portalında dərc olunmayıb.
“Adam mayın 19-da Severodonetsk istiqamətində hücum vaxtı düşmən snayperi tərəfindən ağır yaralanıb, evakuasiyadan imtina edib və ön cəbhədə olmaqla bölüyə rəhbərlik etməyə davam edib”, - deyə cənab Kalimatov kapitan Xamxoyevin hərbi əməliyyatlar zamanı hərəkətləri barədə özünün Telegram-kanalında bildirib.
Adam Xamxoev Ryazan Qvardiya Ali Hava Desant Komandirləri Məktəbinin məzunu idi. O, Hava Desant Qoşunlarının 31-ci Ulyanovsk desant-hücum bölüyünə komandirlik edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi mart ayından bəri hərbçilər arasında itkilərin sayı barədə məlumat vermir. Martın 25-nə olan rəsmi məlumata görə, xüsusi əməliyyat zamanı 1351 nəfər ölüb, 3825 nəfər yaralanıb.
Səxavət
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
