Region
İstanbul SAZİŞİ nəyi dəyişəcək? - DETALLAR
"İstanbulda imzalanan taxıl anlaşması hər tərəf üçün faydalıdır. Rusiya Ukrayna taxılına dünya bazarlarına keçid imkanı verməklə işğalçı müharibə ilə yanaşı qarşı tərəflə danışıqlardan və razılaşmalardan da imtina etmədiyini göstərdi. Ukrayna İstanbul razılaşmasıyla taxılını dünya bazarına çıxarır və ölkə üçün indiki ağır vəziyyətdə lazımi valyuta əldə edir."
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, danışıqların üçüncü tərəfi olan BMT İstanbul Sazişi ilə azalan nüfuzunu bərpa etməyə çalışdı:
"Nəhayət, son aylarda razılaşmanın əldə edilməsi üçün hamıdan çox çalışan Türkiyə bölgədə onun iştirakı olmadan heç bir problemin həll olunmadığını və Ankaranın vasitəçiliyinə ehtiyac olduğunu sübut etdi. Buna baxmayaraq, razılaşmanın müddəti 3 aydır, uzadıla bilər. Ancaq Rusiyadan istənilən təxribatı gözləmək mümkündür. Doğrudur, prosesə nəzarət məqsədilə İstanbulda ortaq mərkəz fəaliyyət göstərəcək. Mərkəz taxıl daşıyan gəmilərin təhlükəsiz hərəkətinə nəzarət edəcək. Əgər Taxıl Dəhlizi anlaşması uğurla həyata keçirilərsə, bu, işğalçı müharibə başlayandan bu yana Rusiya ilə Ukrayna arasında yerinə yetirilən ilk uğurlu saziş olacaq. Bu başlanğıc olaraq başqa anlaşmalara da yol aça bilər, yetər ki, Kreml işğalçı müharibədən çıxmaq üçün danışıqlara hazır olsun. Hər halda Ankara bu istiqamətdə də təşəbbüslərini davam etdirəcək".
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp











.png)
















.jpg)
.jpg)





