Region
Azərbaycanlı iş adamı Portuqaliya vətəndaşlığı alır
Portuqaliya Azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanov və Lev Leviyevin vətəndaşlıq müraciətlərinə baxır.
Publika.az xəbər verir ki, bu barədə Portuqaliyanın Ədliyyə Nazirliyi bəyanat yayıb.
Sənədə əsasən, hər iki şəxsin ifadələri “baxılma mərhələsindədir”. Məsələ ilə bağlı digər təfərrüatlar hələ ki, açıqlanmır.
Qeyd edək ki, Qod Nisanov 1972-ci ilin 24 aprelində Qubada anadan olub. O, 1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. Hazırda Rusiyada yaşayır.
Xatırladaq ki, bundan əvvəl rusiyalı iş adamı Andrey Rappoportun da 2019-cu ildə Portuqaliya vətəndaşlığını aldığı ilə bağlı mediada məlumat yayılıb. Məlumata görə, milyarder XV əsrin sonunda ölkədən qovulmuş sefarad yəhudilərinin nəsillərinə yerli pasport almağa icazə verən qanun sayəsində respublika vətəndaşlığını ala bilib.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































