Region
Casusluqla ittiham olunan rusiyalı jurnalist DANIŞDI: "Soruşurdular ki..."
Kosovoda saxlanılan və daha sonra sərbəst buraxılan “Komsomolskaya Pravda” qəzetinin jurnalisti Daria Aslamova bildirib ki, respublikanın xüsusi xidmət orqanları onu saatlarla dindirib, Rusiya kəşfiyyatının fəaliyyəti barədə soruşublar.
Publika.az xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalı məlumat yayıb.
“Biz həyat yoldaşım, Kazan jurnalisti ilə səyahət edirdik, Kosovoya gedirdik, çünki gözəl pravoslav kilsələri haqqında material hazırlamaq istəyirdik” – deyə rus jurnalist qeyd edib.
Aslamovanın sözlərinə görə, o, həyat yoldaşı ilə günorta saat 4-də saxlanılıb, bundan sonra polis maşını gəlib, telefonlarını təhvil verib və dindirməyə gediblər.
Jurnalist bildirib ki, dindirmə aparan şəxslər onun fəaliyyəti ilə bağlı bütün məlumatlara malik olublar.
“Sonra kəşfiyyatçıların belə tipik bir qəbulu oldu: onlar sizin gözlərinizin içinə baxıb deməyə başlayanda: “Açığını deyin, siz Rusiya kəşfiyyatında işləyirsiniz?” Mən deyirəm: “Xeyr”, - deyə Aslamova fikrini yekunlaşdırıb.
Rusiya səfirliyi isə Aslamovanın saxlanmasını Kosovonun növbəti təxribatı adlandırıb. Həmçinin Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bəyan edib ki, Kosovoda Aslamovaya qarşı ittihamlar sübutlarla müşayiət olunmayıb.
Akqabay
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur















.jpg)



















.jpg)
.jpg)

