Region
İranın nüvə proqramına dair Vyana danışıqları yekunlaşdı
Vyanada İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair sazişin bərpası ilə bağlı danışıqlar yekunlaşıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqı diplomatları mətbuata açıqlama veriblər. Bildirilib ki, yekun sənədin mətni artıq hazırdır və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel tərəfindən sazişdə iştirak edən ölkələrin paytaxtlarına təqdim olunmalıdır. Qeyd edilib ki, son danışıqlarda razılaşdırılan mətn bütün iştirakçı tərəflər üçün güzəştləri özündə ehtiva edir. İki il davam edən danışıqlardan sonra yaxın həftələrdə yeni sənədin qəbuluna ümid edilir.
Vyanada aparılan son danışıqlarda ABŞ-ın sazişə geri dönüşü və İranın nüvə proqramının məhdudlaşdırılması üçün gərgin danışıqlar aparılıb. Yekun sənədin mətni artıq hazırdır və daha danışıqlara ehtiyac qalmayıb. İştirakçı ölkələr rəsmi səviyyədə həmin sənədi qəbul və ya rədd etdiklərini bəyan etməlidirlər.
Qeyd edilməlidir ki, 2018-ci ildə Donald Trampın prezidentliyi dövründə ABŞ İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair sazişdən birtərəfli qaydada çıxmışdı. Sazişi imzalamış digər dövlətlər (Almaniya, Böyük Britaniya, Çin, Fransa və Rusiya) tərəfindən Avropa İttifaqının vasitəçiliyi ilə sazişin bərpası üçün danışıqlar aparılıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
