Region
Ruslar İranla sərhədimizdə at oynadır - Tevos Arşakyan
Ermənistan-İran sərhədində rus əsgərləri at oynadır. Ermənistanın sərhədlərini qoruyan rus sərhədçilər müəyyən qədər pul müqabilində İrandan gələn narkotik trafikinə göz yumur.
Publika.az xəbər verir ki, bu sözlərlərlə erməni siyasi şərhçi Tevos Arşakyan çıxış edib.
“İrandan Ermənistan ərazisinə və oradan da başqa ölkələrə külli miqdarda narkotik keçir. Rus sərhədçilər isə buna pul müqabilində göz yumur. Bu faktı elə rusların özləri aşkar edib. Belə ki, Zəngəzurun Mehri şəhəri istiqamətində rus sülməramlıları postlar qurub və rəsmi açıqlamada İrandan Ermənistan ərazisinə qaçaqmalçılıqla keçirilən narkotiklərin izində olduqlarını bildiriblər. Bəs sülhməramlılar yaddan çıxarıb ki, elə sərhədin özündə də rus əsgərlər durur. Onlar özləri-özlərini niyə belə vururlar? Yoxsa sülhməramlılar öz paylarını istəyirlər?” - o qeyd edib.
Xatırladaq ki, Ermənistan sərhədlərini rus sərhədçiləri qoruyur. Ötən gün Rusiya FTX İrandan narkotik gətirilməsində həcmin kəskin artdığını bildirərək, əlavə postlar quraşdırıldığını elan etmişdi.
Əli Məmmədov
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm

































.jpg)
.jpg)

