Region
Ana ev işlərində ona kömək etməyən oğlunu baltaladı
Rusiyanın Volqoqrad vilayətində adam öldürməyə cəhddə şübhəli bilinən 57 yaşlı yerli sakinə qarşı cinayət işi açılıb. O, oğluna bir neçə dəfə balta ilə zərbə endirib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, cinayət 2022-ci il avqustun 7-də axşam saatlarında törədilib. Saxlanılan qadın evində təmizlik işləri aparıb, onun 38 yaşlı oğlu isə spirtli içki qəbul edib. Oğlunun ev işlərində ona kömək etməməsinə hirslənən ana baltanı götürərək oğlunun başına bir neçə dəfə zərbə endirib.
Daha sonra qadın təcili yardım çağırıb, yaralı xəstəxanaya aparılıb. İndi o, lazım olan yardımı alır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Şübhəli saxlanılıb, yaxın vaxtlarda istintaq onun həbsini tələb edəcək. Cinayət işi üzrə istintaq davam etdirilir.
Murad
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
