Region
Papikyan Şoyquya: “Rusiyanın Qafqazda mövcudluğunu yüksək qiymətləndiririk”
Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə hərbi-texniki və hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Suren Papikyan qeyd edib ki, bugünkü görüş ilin əvvəlindən bəri ikincidir və bu, Ermənistan və Rusiya arasında müttəfiqlik əlaqələrinin yüksək səviyyədə olduğundan xəbər verir.
“Bu görüş bizim üçün çox önəmlidir. Biz Ermənistan-Rusiya qarşılıqlı fəaliyyətinin səviyyəsini, eləcə də Rusiyanın Cənubi Qafqazda mövcudluğunun rolunu yüksək qiymətləndiririk”, - Papikyan bildirib.
“Bizim müzakirə etməyimiz üçün çoxlu məsələlər var. Əlbəttə, Dağlıq Qarabağda tapşırıqları yerinə yetirən sülhməramlı qüvvələrimizin fəaliyyəti ilə bağlı məsələlər. Biz də sizin kimi əminik ki, əsas sabitləşdirici amil bütün təmas xətti boyunca atəşkəsin qorunmasıdır”, - Sergey Şoyqu bildirib.
Səxavət
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO














.png)


















