Region
PKK-çıların minaatanlarına Türkiyə PUA-ları cavab verdi - Bölgədən SON XƏBƏR
Dünyada böyük əks-səda doğuran Türkiyənin Suriya rəhbərliyi ilə dialoq açıqlamaları PKK terror təşkilatını özündən çıxarıb. Bu terror təşkilatı prosesi sabotaj etmək üçün sərhəd xətti boyunca hərəkətə başlayıb.
Publika.az "teleqraf.com"a istinadla xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.
Ankara və Dəməşq arasında mümkün danışıqlarla bağlı müzakirələrin davam etdiyi vaxtda PKK-nın Suriya sərhədində fəallığı artıb.
PKK son 3 gündə İraq-Suriya-Türkiyə sərhədinin kəsişmə nöqtəsi olan Yarubiyədən başlayaraq Mardin, Nüsaybin, Akçakale, Suruç, Birecik sərhəd dəhlizi boyunca onlarla təcavüz atəşi açıb, içəriyə sızmağa cəhd göstərib və minaatanlardan zərbələr endirib. Nəhayət, PKK/YPG-nin nəzarətində olan Suriyanın Ayn əl-Ərəb bölgəsindən Birecikdəki Çiçəkəlan sərhəd zastavasına minaatanlardan atəş açılıb. Hücumda türk ordusunun bir hərbçisi şəhid olub, dördü yaralanıb.
Bundan sonra Türkiyənin döyüş təyyarələri və PUA-larla verdiyi əks-cavabı nəticəsində PKK-nın 40-dan çox mövqeyi məhv edilib, 18 terrorçu zərərsizləşdirilib. İraqın şimalında isə 3 PKK-çı öldürülüb.
Fərat çayının şərqində terror təşkilatının işğal etdiyi ərazilərdən atılan 4 minaatan mərmisi Karkamış rayonundakı boş ərazilərə düşüb. Hücuma atəşlə cavab verilib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
