Region
Ərdoğan kabineti topladı
"Türkiyənin ehtiyacı faiz artırmaq deyil, investisiyaları, məşğulluğu, istehsalı, ixracatı və cari əməliyyatlar balansını artırmaqdır. Vətəndaşlarımızdan və iş dünyasından yeganə xahişim öz ölkələrinə və eyni zamanda öz pullarına güvənməkdir".
Publika.az xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində deyib.
Çıxışının əvvəlində Qaziantep və Mardin bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzalarında həlak olanlara görə başsağlığı verən Türkiyə dövlətinin başçısı deyib ki, belə halların bir daha təkrarlanmaması üçün bütün sahələrdə, xüsusən də yol hərəkəti və nəqliyyat vasitələrinin təhlükəsizliyində lazımi tədbirləri sürətlə həyata keçirəcəyik.
Ölkənin xarici siyasəti və əldə edilən nəticələrdən danışan dövlət başçısı deyib ki, məqsədimiz Rusiya və Ukrayna prezidentlərini Türkiyədə bir araya gətirib böhranı kökündən həll etməkdir.
Hökumətin qəbul etdiyi qərarlar barədə ictimaiyyətə geniş məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, kənd təsərrüfatı məhsullarının tədarükü və bazar qiymətlərinin tənzimlənməsini, növbəti tədris ilinə aid tədbir və yenilikləri diqqətə çatdırıb.
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nd - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ































.jpg)


