Region
İranda gərgin vəziyyət: Universitetlər BAĞLANDI
İranda bir neçə gün öncə 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edir.
Publika.az-ın məlumatına görə, etirazların genişlənməsi ilə eyni vaxtda Təbriz Universitetində dərslər dayandırılıb.
Təbriz Universitetinin rəhbərliyini yaydığı məlumata görə, sentyabrın 24-dən naməlum müddətə qədər universitetdə dərslər keçirilməyəcək.
Məlumatda bunun səbəbləri barədə açıqlama verilməsə də, bunun etiraz aksiyalarının genişlənməsi və Təbrizdə hökumətə qarşı kütləvi nümayişlərin davam etməsi ilə bağlı olduğu ehtimal edilir.
Bununla yanaşı, İrandakı gərgin vəziyyətə görə Tehran Universitetində və Şəhid Beheşti Universitetində də dərslərin dayandırılması haqda məlumat yayılıb. Bildirilib ki, sözügedən ali məktəblər distant təhsilə keçib.
Xatırladaq ki, ailəsi ilə Tehrana qohumlarını ziyarətə gedən 22 yaşlı qız Məhsa Əmini həbs olunub. O, əxlaq polisinə təhvil verildikdən bir neçə saat sonra komaya düşüb və xəstəxanada dünyasını dəyişib. Şahidlər, ailə və xəstəxana hesabatları gənc qadının təbii səbəblərdən ölümünü inkar edirlər.
Akqabay
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)




















.jpg)

.jpg)