Region
Çağırışdan qaçan rusların avtomobilləri müsadirə ediləcək
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qismən səfərbərliyə görə ölkədən qaçan rusiyalıların sərhəddə tərk etdikləri avtomobillərin Ukraynada döyüşməyə yollananların ailələrinə təhvil verilməsini təklif edib.
Publika.az xəbər verir ki, bu barədə o, palatanın plenar iclasında danışıb.
“Artıq maşınlarını da atırlar. Yeri gəlmişkən, bu avtomobillərin kimlərə verilməsini də düşünmək lazımdır. Bəlkə, döyüşə gedənlərin ailələrinə verilsin?” - deyən Volodin belə bir qərarın düzgün addım ola biləcəyini vurğulayıb.
Spiker, həmçinin sentyabrın 21-dən ölkəni tərk edənlərin siyahısının tərtib edildiyini vurğulayıb.
Xatırladaq ki, Rusiyada sentyabrın 21-də qismən səfərbərlik elan edilib. O vaxtdan bəri yüz minlərlə insan ölkəni tərk edib.
Gürcüstanla sərhəddə isə kilometrlərlə tıxac yaranıb.
Günlərlə yolda qalan rusiyalılardan bəziləri çarəni burada bazar açaraq maşınlarını dəyər-dəyməzinə satmaqda, digərləri isə avtomobillərini sahibsiz qoyaraq nəzarət-buraxılış məntəqəsinə piyada getməkdə görüblər.
Tural Turan
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
