Region
Putin onlara vəzifə verdi - Separatçı bölgələrə bu şəxslər başçılıq edəcək
Rusiya Prezidenti Vladimir Putin "Donetsk və Luqansk Xalq Respublikaları" ("DXR və LXR"), Zaporojye və Xerson vilayətlərinin rəhbərlərinin səlahiyyətlərini müvəqqəti icra edənlərin təyin edilməsi haqqında fərman imzalayıb.
Publika.az xəbər verir ki, yeni təyin olunanlar Rusiyaya qoşulmazdan əvvəl bu ərazi quruluşlarına rəhbərlik edənlərdir - Denis Puşilin, Leonid Paseçnik, Yevgeni Balitski və Vladimir Saldo.
Sentyabrın 30-da Vladimir Putin "DXR" və "LXR"in, həmçinin Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil edilməsi haqqında müqavilələr imzalayıb. Konstitusiya Məhkəməsi bu qərarları konstitusion kimi tanıyıb. Bu müqavilələr və müvafiq qanunlar Dövlət Duması və Federasiya Şurası tərəfindən yekdilliklə təsdiqlənib.
Bu gün, oktyabrın 5-də Rusiya Federasiyasının Prezidenti yeni ərazilərin qəbulu ilə bağlı qanunları imzalayıb.
Qanunlara əsasən, 1 yanvar 2026-cı ilədək bu ərazilər üçün keçid dövrü tətbiq olunacaq. "DXR" və "LXR" respublika statusunu qoruyub saxlayacaq, Xerson və Zaporojye vilayətləri də vilayət olaraq qalacaq. Kreml "DXR" və "LXR"in 2014-cü il sərhədləri daxilində daxil olacağını, Zaporojye və Xerson vilayətlərinin sərhədlərinin isə Rusiyanın “əhali ilə məsləhətləşməsindən” sonra müəyyən ediləcəyini bildirib. Rusiya hakimiyyətinin qərarı fonunda Ukrayna rəsmi olaraq Vladimir Putinlə danışıqlardan imtina edib.
Səxavət
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı

































.jpg)

.jpg)