Region
Yük maşını Krım körpüsünə necə daxil olub? - Versiya
Xüsusi xidmət orqanları ehtimal ki, partlayıcı ilə doldurulmuş yük maşınının Krım körpüsünə necə daxil olduğunu araşdırır.
Publika.az xəbər verir ki, bu barədə RT-yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Məsələ ondadır ki, Krım körpüsünün girişində Rusiya Nəqliyyat Nazirliyinin Mühafizə İdarəsinin ST-6035 stasionar inspeksiya-baxış radiotexniki kompleksləri var ki, bu komplekslər bütün nəqliyyat vasitələrini yoxlayır və onların içərisində nə olduğunu aşkara çıxarır”, - deyə mənbə qqeyd edib.
Mənbənin bildirdiyinə görə, sözügedən kompleks narkotik, partlayıcı və kimyəvi maddələrlə son təmasdan 60 gün sonra belə onları aşkar edən cihazlarla təchiz edilib.
“Kompleksin imkanları metalların sıxlığını, onun infraqırmızı spektrini və bir çox digər parametrləri görməyə imkan verir”, - mənbə bildirib.
O əlavə edib ki, bu baxımdan yük maşınını buraxan növbə, texnikanın necə işləməsi ilə bağlı suallar yaranır.
Bundan əvvəl Milli Antiterror Komitəsi bildirmişdi ki, yerli vaxtla saat 06:00 radələrində Taman yarımadası tərəfdən Krım körpüsünün avtomobil hissəsində yük maşını partladılıb.
Rusiya İstintaq Komitəsi Krım körpüsündə yük maşınının partladılması faktı ilə bağlı cinayət işi açıb.
Səxavət
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
