Region
Ukraynada daha bir soydaşımız həlak oldu - FOTO
“Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda daha bir soydaşımız həlak olub”.
Publika.az xəbər verir ki, bunu Odessada fəaliyyət göstərən “Birlik” dispor təşkilatının sədr müavini Anar Ağazadə sosial media hesabında paylaşıb.
O bildirib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Radasının Krivoy Roq nümayəndəliyinin rəhbəri Kamal Ağayevdən alınan məlumata görə, həlak olan soyadımız 1966-cı il təvəllüdlü Vahid Əzim oğlu Əzizovdur.
Əslən Zaqataladan olan soydaşımızın ailəsi Krivoy Roq şəhərində yaşayır, bir oğlu, bir qızı var.
Ukrayna vətəndaşı olan soydaşımız mart ayından könüllü döyüşlərə qatılıb, PDM (BMP) heyətində atıcı olub. O, Luqansk cəbhəsində bölüyü ilə birgə minamyot atışları zamanı həyatını itirib.
Qeyd edək ki, Vahid Əzizovun qardaşı hazırda Baxmut istiqamətində döyüşür.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)