Region
Rusiyanı məğlub etmək üçün BEŞ ADDIM - Yermak AÇIQLADI
Ukraynanı dəstəkləmək və Rusiyaya qalib gəlmək üçün 5 addımın a atılmalıdır.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak Amerika Brukinqs İnstitutunun təşkil etdiyi dəyirmi masada onlayn iştirak zamanı məlumat verib.
O, ilk növbədə dünyanı kritik infrastrukturu və yaşayış məntəqələrini qorumaq üçün etibarlı hava və raketdən müdafiə sistemi yaratmaqda Ukraynaya kömək etməyə çağırıb.
O, həmçinin Ukraynanı siyasi cəhətdən müəyyən edilmiş məhdudiyyətlər olmadan adi silahlarla təmin etməyə çağırıb.
Bundan əlavə, Yermak Rusiya rejiminin terrorçu kimi tanınması prosesinin daha tez başa çatdırılmasına və Rusiyaya qarşı sanksiya təzyiqinin daha da gücləndirilməsinə, ona kömək edən dövlət və qurumlara qarşı effektiv ikinci dərəcəli sanksiyaların tətbiqinə çağırıb.
Həmçinin Rusiyanın sındırdığı alqoritmlərini düzəltmək üçün beynəlxalq humanitar təşkilatların bütün kompleksini yenidən işə salmaq lazımdır. PA rəhbəri əmindir ki, onlar Kremlin minlərlə ukraynalı girovunun müdafiəsi və evlərinə qayıtması üçün effektiv mexanizmə çevrilməlidir.
Yermak Ukraynaya etibarlı təhlükəsizlik təminatlarının verilməsiüçün çağırış edib.
"Ukrayna NATO-ya üzv olmağa can atır. Amma təəssüf ki, bu sabah baş verməyəcək. Ona görə də keçid dövrü üçün bizim tərəfdaşlarımız və müttəfiqlərimiz Ukraynaya özünümüdafiə hüququnu həyata keçirmək üçün hər cür səy göstərməlidirlər", - Yermak əlavə edib.
Bunu təmin edə biləcək mexanizm Kiyev Təhlükəsizlik Müqaviləsi ilə bağlı hazırlanmış təşəbbüsdür.
Xatırladaq ki, bir qədər əvvəl Andrey Yermak bəyan etmişdi ki, Ukraynanın qələbəsi Rusiyanın digər ölkələrə təcavüzündən qaçmağın yeganə yoludur.
Hüseyn İbadlı
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı









.jpg)





















.jpg)



.jpg)

