Region
Rus qoşunları Xersonda müdafiə mövqeyinə keçdi - Dnepr çayının sol sahilində cəmləşdilər
Nikolayev-Krivoy Roq istiqamətindəki Rusiya qoşunlarının Dnepr çayının sol sahilində hazırlanmış mövqelərə cəmləşməsi həyata keçirilir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
“Rusiya qoşun qruplarının bölmələrinin təsdiq edilmiş plana ciddi uyğun olaraq Dnepr çayının sol sahilində hazırlanmış mövqelərə manevrləri həyata keçirilir”, - nazirlikdən bildirilib.
Bir gün əvvəl müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Qrupunun komandanı Sergey Surovikinin Xerson vilayətində Dnepr çayının sol sahili boyunca müdafiəni təşkil etmək təklifi ilə razılaşıb. Surovikin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Kaxovka bəndini atəşə tutmağa davam edir - bu, əhəmiyyətli itkilərə gətirib çıxaracaq daşqınlara səbəb ola bilər. Bu, qoşunları oradan çıxarmasalar, onların Dnepr çayının sağ sahilində izolyasiya olunacağı ilə hədələnməsi deməkdir. Bununla yanaşı, Xerson yaxınlığında yerləşən qrup Ukrayna artilleriyasının nəqliyyat dəhlizlərinə endirdiyi zərbələrə görə təchizatda çətinlik çəkir.
Komandan vurğulayıb ki, regiondan 115 mindən çox mülki şəxsin çıxarılmasına da nail olunub.
Sergey Surovikin onu da qeyd edib ki, avqust-sentyabr aylarında təmas xəttinin bu hissəsində Ukraynanın itkiləri 9,5 mindən çox ölü və yaralı təşkil edib, rus qoşunları yeddi-səkkiz dəfə az itki verib.
Səxavət
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)