Region
İran rejimi etirazlarla bacarmır: Xamneyidən şok çağırış
İranın ali dini lideri Əli Xamneyi etirazçıların cəzalandırılmasını tələb edib.
Publika.az xəbər verir ki, Xamneyi bu haqda İsfahanda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bütün ölkə ərazisində dağıntılara səbəb olan etirazçılar cəzalandırılmalıdır.
“Üsyançılar xalqı küçələrə çıxara bilmədi. Buna görə də çaşqınlıq yaratmaqla, təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar. Nəticə əldə edə bilməyəcəklər və üsyan sona çatacaq”, - o deyib.
Bu, etirazların başlanmasından sonra Xamneyinin 8-ci çıxışıdır. O, Tehrandakı hərbi bazada hərbçilərin qarşısında çıxışı zamanı baş verənlərə ilk dəfə toxunmuşdu və bildirmişdi ki, “düşmən məğlub olub”. Hərçənd, son iki ayda baş verənlər göstərir ki, etirazlar artan xətt üzrə davam edir, xüsusilə rejim qüvvələrinin sərt müdaxiləsi xalqın qəzəbini daha da artırır. Bunun sonuncu nümunələlərindən biri də Xamneyinin doğulduğu Xamnədəki evinin yandırılması oldu.
Xamneyi isə iki ay sonrakı çıxışında da mövqeyini yumşaltmayıb və etirazların boğulması tələbini irəli sürüb.
Lakin budəfəki çıxışında diqqətçəkən məqamlar da var. Etirazlara qarşı sərt müdaxiləyə çağıran dini lider “xalqın, gənclərin və məmurların ümidini itməsindən”, “ölkədə azadlığın olmaması haqda təbliğatdan” danışıb, tərəfdarlarını, xüsusilə yazıçıları, şairləri, elm adamlarını, din xadimlərini xalqda “ümid yaratmağa” çağırıb. Bütün bunlar göstərir ki, rejim etiraf etməsə də, etirazların ciddi təsiri olub.
SEPAH komandanı Hüseyn Səlami və Baş qərargah rəisi Məhəmməd Baqiri etirazçılara dəfələrlə xəbərdarlıq edib. Daxili işlər naziri Əhməd Vahidi isə ən azı iki dəfə “üsyana son qoyulduğu” haqda danışıb. Lakin etirazlar səngiməyib. Bu, rejimin yalan danışdığının sübutudur. Son günlər İran rejimi o iddianı tirajlayır ki, etirazları yatırmaq üçün tam gücdən istifadə etməyiblər, halbuki, bütün təhlükəsizlik qüvvələri, eləcə də mülki geyimli dəstələr işə salınsa da, rejim heç bir nəticə əldə etməyib.
Xamneyinin son çıxışı da göstərdi ki, İran rejimi əslində nə edəcəyini bilmir. İstisna deyil ki, etirazların yatırılması üçün silahlı müdaxilə genişləndirilə bilər.
Asif
-
Sağlamlıq18:48Qış depressiyasından necə xilas olmaq olar? - SADƏ ÜSULLAR
-
Dünya17:26Putindən böyük dəstək gəldi: Türkiyə üçün yeni dövr başlayır
-
Sosial17:22Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
-
Sosial16:06İqbal Hüseynov vəzifəsindən azad edildi - SƏRƏNCAM
-
ABŞ15:36Hər şey ABŞ-ın İrana zərbəsinə hesablanıb - Amerikalı jurnalist
-
Rəsmi xronika15:05Bu imtahan ödənişli olacaq - Prezident təsdiqlədi
-
Nida Xəbər 14:52Azərbaycanın məşhur alimi həbs olundu - FOTO
-
Sosial13:43Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi - FOTO












.jpg)


























