Region
Fatih Dönməz: "Azərbaycanın qərarı bizi sevindirəcək"
"Türkiyə Azərbaycanın Türkiyə ərazisində Rusiya təbii qazının Avropaya tədarükü üçün mərkəzin yaradılması layihəsinin həyata keçirilməsində iştirakına ümid edir ki, bu da ölkəni enerji resurslarının paylanması və satışı mərkəzinə çevirəcək".
Publika.az xəbər verir ki, bu barədə ölkəsinin Energetika naziri Fatih Dönməz "TV 24" telekanalında məlumat verib .
"Qovşağın yaradılması sayəsində biz təkcə paylayıcı mərkəz deyil, həm də qaz satışı mərkəzinə çevriləcəyik. Həm qaz hasilatı, həm də satışı baxımından bizə dəstək verən ölkələr var. Azərbaycanın layihədə mənbə (təchizatçı) ölkə kimi iştirakı bizi sevindirəcək", - deyə türkiyəli nazir bildirib.
Noyabrın ikinci yarısında Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Ankara 2023-cü ilin əvvəlindən Moskvanın təklif etdiyi qaz qovşağı layihəsinin həyata keçirilməsi üzrə işə başlamağı planlaşdırır.
Oktyabrın sonunda Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov bildirib ki , bu ölkədə fəaliyyət göstərən təşkilatlar üçün faydalı olarsa, Bakı Türkiyədə planlaşdırılan qaz qovşağına qaz verməyə başlaya bilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Ankara Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanla işə başlayıb.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO



















.jpg)

















.jpg)


