Region
Üçüncü dünya müharibəsinin başlaması üçün beş ssenari: Hətta Türkiyə də...
Hərbi ekspert Robert Farli bildirib ki, 2023-cü ilə qədər Üçüncü Dünya müharibəsi ehtimalı xeyli artıb və buna beş amil səbəb ola bilər.
Publika.az xəbər verir ki, o, “19Fortyfive” üçün yazdığı məqaləsində qlobal münaqişənin mümkün ssenarilərini təsvir edib .
Analitik qlobal böhranın mümkün səbəbləri siyahısına Ukrayna münaqişəsini, ABŞ və Çin arasında Tayvanla bağlı fikir ayrılıqlarını, Yunanıstan və Türkiyə arasındakı münaqişəni, Koreya yarımadasındakı vəziyyət, habelə Hindistan və Çin arasındakı ərazi mübahisələrini daxil edib.
“2022-ci ildə dünya, "soyuq müharibə" bitdikdən sonra heç vaxt olmadığı qədər böyük güclər müharibəsinə daha yaxındır”, - o qeyd edib.
Müşahidəçi bildirib ki, Ukrayna münaqişəsində NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma ssenarisi mümkün deyil, lakin eskalasiya mümkün olaraq qalır. “Tərəflərdən biri riskli addımlar atarsa, vəziyyət Üçüncü dünya müharibəsinə çevrilə bilər”, - deyə Farli yekunlaşdırıb.

"Yeni, naməlum dövr"
Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevskinin sözlərinə görə, bəşəriyyət Üçüncü dünya müharibəsinin astanasındadır. O vurğulayıb ki, dünya çox təhlükəli vəziyyətdədir və istənilən kiçik münaqişə qlobal miqyasda təhlükə yaradır.
“Üçüncü dünya müharibəsinin başlaması haqqında danışmağımızın özü dəhşətlidir. Amma bizim üçün bu, real fürsətdir”, - qeyd edib.
Kvasnevski hesab edir ki, dünyada kardinal dəyişikliklər Ukrayna münaqişəsi ilə bağlı baş verib. O qeyd edib ki, bu hadisələr “yeni, araşdırılmamış eranın” başlanmasına səbəb olub.
Öz növbəsində, fransız siyasətçisi Florian Fillippo Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a son səfərində yeni qlobal münaqişənin "müjdə"sini görüb.
Filipponun fikrincə, Ukrayna lideri və ABŞ prezidenti Co Bayden şöhrət və Avropa ölkələrinin məhvi naminə qlobal münaqişəyə ehtiyac duyur.
Rusiya necə düşünür?

Dekabrın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva diplomatik kanallar vasitəsilə Vaşinqtondan rəsmi mesaj alıb ki, ABŞ Rusiya ilə birbaşa döyüşməyi planlaşdırmır və bunu istəmir. Eyni zamanda, nə də öz hərbi mütəxəssislərini "Patriot" zenit sistemi ilə işləmək üçün Kiyevə göndərir.
“İndi biz kanallar vasitəsilə amerikalılardan soruşduq ki, səfirliyimiz hələ də "Patriot" batareyasının ötürülməsi qərarının onun istifadəsinin mürəkkəbliyini nəzərə alaraq, Amerika mütəxəssislərinin Ukraynada olacağı anlamına gəlirmi? Onlar bizə kifayət qədər geniş şəkildə izah etdilər ki, bu, planlaşdırılmayıb, məhz ona görə ki, amerikalılar birbaşa Rusiyaya qarşı döyüşmək istəmirlər və bunu etməyəcəklər”.

Rusiya prezidenti Vladimir Putin nüvə müharibəsi ehtimalı ətrafında ritorikanın əsas mənbəyini məsuliyyətsiz Qərb siyasətçilərinin bəyanatlarında görür, ona görə də Moskva bu cür hücumlara cavab vermək məcburiyyətindədir.
“Biz opponentlərin nüvə müharibəsi ehtimalı ilə bağlı kəskin ritorikasına cavab olaraq susacağıqmı? Biz buna uyğun cavab veririk. Biz cavab verən kimi dərhal ondan yapışıb deyirlər ki, bax, Rusiya hədələyir. Biz heç nə ilə təhdid etmirik. Amma hamı bilməlidir ki, bizdə nə var”, - Putin qeyd edib.
Akqabay
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp









.jpg)





















.jpg)



.jpg)

